ULDUZ
Natavan "W-trio" qrupunun şəkillərini paylaşdı
08-04-2020

Müğənni Natavan Həbibi sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Mtv.az xəbər verir ki, sənətçi "İnstaqram"ın hekayə bölümündə üzvü olduğu keçmiş "W-trio" qrupunun görüntülərini yerləşdirib.
Videoda Xalq artisti Röya Ayxan və müğənni Elnarə Xəlilova yer alıblar. Natavan paylaşımına "Bir zamanlar" qısa şərhini yazıb.
N.Həbibinin bir vaxtlar yaxın rəfiqə, indi isə küsülü olduğu həmkarları ilə bağlı paylaşımı sosial şəbəkədə müzakirələrə səbəb olub.
Belə ki, Natavan son vaxtlar hər iki sənətçi ilə bağlı qalmaqallı sözlər demiş, onlarla dostluğa son qoyduğunu bildirmişdi.


218 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Yanvar
15 Yanvar