ULDUZ
Sərdar Ortaç qadın həmkarını qəzəbləndirib
04-04-2020

Türkiyəli müğənni Sərdar Ortaç sosial media səhifəsində yazdığı sözlərə görə Demet Akalının qəzəbinə tuş gəlib.
Mtv.az xəbər verir ki, ifaçı bildirib: "İndi daha çox ayaqqabın olsa, daha çox çantan, minlərlə pencəyin, xərcləyib bitirə bilməyəcək qədər pulun... Hara gedəcəksən? Harada geyinəcəksən".
D.Akalın isə ona sərt cavab verib: "Kim virus çıxacağını bilirdi ki? Nə mənasız sözlərdir. Evləri, böyük çantası yoxdur... Hər kəs büdcəsinə görə ev alır. İndi demaqoqluq etməyin vaxtıdır? Qumarda gedən evlər, villalar... Zamanında virus yox idi. Boş-boş danışmayın".
S.Ortaç daha sonra İnstaqram "Story"də video paylaşaraq sözləri yazarkən özünü nəzərdə tutduğunu bildirib.
136 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Yanvar
22 Yanvar