Rihanna 10 ildə dörd uşaq istəyir

Məşhur müğənni Rihanna 10 ildə üç-dörd uşaq sahibi olmaq istədiyini deyib.
Mtv.az xəbər verir ki, o, bu barədə “Vogue” jurnalına gələcək planları barədə müsahibə verərkən deyib.
Otuz iki yaşlı ulduz 10 ildən sonra evlənəcəyi adamı tapa bilməsə də, üç və ya dörd uşağının olacağını bildirib: “Bunu özüm edə bilərəmmi? Sözsüz”.Yanvar ayında Səudiyyə Ərəbistanından olan milyarder Həsən Cəmil ilə üç illik münasibətlərinə son qoyan Rihanna kiminləsə görüşməməsinin onu ana olmaq planından yayındırmayacağını qeyd edib.Sevgini valideyn olmağın əsas elementi olaraq vurğulayan Rihanna deyib: “Cəmiyyətin mənim yanlış yolda olduğumu düşündüyünü bilirəm. Uşağınızın həyatında atası yoxdursa, sizi bir ana kimi qiymətləndirmirlər”.
“Həqiqətən uşağı böyütmək üçün sevginin olması vacibdir”, - deyən məşhur müğənni ən xoşbəxt və sağlam əlaqənin valideynlə uşaq arasında olduğunu söyləyib.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
