Aktrisa həmkarı ilə sevgilidir - foto
 Hadisəni brend geyinir - foto
Natavan reper əri ilə barışdı - video
Aktrisa müğənnini tərk etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

"Münasibətimiz pis deyil" - Sevil və Sevinc

24-03-2020


"Roza Zərgərliyə hörmətsizlik, bağışlanmayacaq nəsə etmərik. Münasibətimiz pis deyil. Üz-üzə gəlsək  də salamlaşacağıq. Yaşda bizdən böyükdür, gözəl balası var"

Mtv.az xəbər verir ki, bu sözləri müğənnilər Sevil və Sevinc Səfərova deyib.

Sənətçilər müğənni Roza Zərgərlinin onlar haqqında dediklərinə münasibət bildirblər.

Bacılar müğənni Ceyhun Əliyevin "Mənə dedilər ki, sən məndən ağıllısan" iddialarına cavab veriblər: "Bizim dilimizdə elə söz yoxdur. Xoşumuza gəlməyəni kobud şəkildə ifadə etmərik. Ceyhuna ola bilər ki, demişik mahnını başqası yaxşı oxuyar. Demirik ki, onun heç bir bəstəsini bəyənmirik. Ceyhunun elə gözəl mahnıları var ki, Aygün Kazımova, Röya Ayxan oxuyub. Əgər Ceyhunuun bəstələrini bəyənməsəydik, ona mahnı üçün müraciət etməzdik".

Əkizlər Gülay Zeynallının onların ünvanına yazdığı "Eşitdim, səsləri batıb. Bundan sonra kimi dinləyəcəm" zarafatının analarını həyəcanlandırdığını deyib: "Anam ağlaya-ağlaya zəng edib ki, sizə nə olub? Səsiniz batıb? Əsəbləşirəm ki, evdən çıxanda səsimi eşitdin? Necə batıb? Qayıdır ki, elə bildim oxuya bilmirsiz. Maraqlıdır ki, şou-biznes nümayəndələri bizə yazır ki, Gülay sizə niyə elə yazır? Aranı qızışdırmaq istəyirdilər. Deyirik, əcəb edib yazıb".

19 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
9 Aprel


































8 Aprel