Ayaz görünüşü ilə diqqət çəkdi

Müğənni Ayaz Qasımov görünüşü ilə diqqət çəkib.
Mtv.az xəbər verir ki, sənətçi proqrama əlində qara əlcəklə qatılıb və heç kimlə əllə salamlaşmayıb.
O deyib: "Qorunmalıyıq, məcburuq. Əllərimi o qədər yumuşam ki, ağappaq ağarıb".
Müğənni daha sonra şəxsi həyatından söz açıb və bildirib ki, həyat yoldaşının fotolarının yayılmasına qarşıdır: "Hər kəs özünə cavabdehdir. Qəbul etmirəm ki, ailəmi milyonlarla tamaşaçı izləsin. Şəxsi həyatın maraqlı olması son dövrün tələbidir. Amma mən əcdadıma oxşayıram, keçmişim maraqlıdır. Mənim sənətimi izləsinlər, şəxsi həyatımı yox. Toyda da dostlarımdan xahiş etdim, heç kim foto paylaşmadı".
Ayaz həyat yoldaşının şəklini paylaşıb, üzünü bağlamasına da aydınlıq gətirib: "Toyumuzun 10 illiyini qeyd edirdik. Uşaqlarımla tək foto paylaşmaq düz gəlmirdi. Ona görə də üzünü bağladım".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
