Model idmançı ilə eşq yaşayır - foto
Serialda rol almasını istəmədilər
Könülün şəkli maraqla qarşılandı
Elton efirə çıxmamasının səbəbini açıqladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Nadir Qafarzadə MTV Azərbaycana müsahibə verdi

23-03-2020


“Bizdə müğənni yanında bir sürü adamla gəlir. Hazır yeyənlər komandası. Bunlar nə işə baxır bilmirəm?!”

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə MTV-yə müsahibəsi zamanı deyib.

İfaçı bəzi məşhurların ətrafında çoxsaylı işçinin olmasına belə münasibət bildirib: “Müğənninin komandası olması vacibdir, amma baxır hansı komanda. Mən o, komandanı 2006-cı ildə Rusiyaya gedəndə görmüşdüm. Orada prodüserim, direktorum, yerimə danışan başqa idi. Mətbuat katibim diktə edirdi, sən bunları deməli, bunları isə deməməlisən. Stilist, modelyer başqa idi. Komanda yaxı şeydir amma peşəkar olanda. Onlar sənin yanında gəzməməlidir. Bizimkilər tamaşaçıya demək istəyir ki, mən nə qədər adamla işləyirəm. Əslində boş şeydir. Azərbaycan balaca ölkədir. Müğənninin nə işi ola bilər ki?”.

Nadir həmkarlarının telefonuna prodüserinin cavab verməsi ilə bağlı da fikir bildirib: “Müğənninin prodüserinə zəng etmərəm. O sənətçi kim üçünsə ulduz ola bilər, amma mənim həmkarımdır. Yəni o mənimçün ulduz deyil. Əgər biz eyni ölkədə yaşayırıq və həmkarıqsa, səhnələri bölüşürüksə, o mənimcun ulduz deyil. O, mənim adi iş yoldaşımdır. Ona görə telefonlarıma özü cavab verməlidir. Ulduzluğunu başqa yerdə göstərsin”.

53 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 İyun




























3 İyun