Model toyunu təxirə saldı
Azad Şabanovun evi vaxtilə yanıb
Polina Qaqarina boşanır
Nura Suri yazılan tənqidlərə cavab verdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Ağadadaş Ağayev efirə niyə  az-az çıxır?

17-03-2020


Xalq artisti Ağadadaş Ağayev tədbirlərin birində ilk dəfə həyat yoldaşı ilə birlikdə görüntülənib.

Mtv.az xəbər verir ki, Türkiyə vətəndaşı olan xanımı Pərvinlə çıxan sənətçi efirlərdə görünməməsinin səbəbindən danışıb: “Bakıdayam, başqa yerlərdə deyiləm. Son zamanlar efirlərə az-az çıxıram, verilişləri seçib gedirəm”.

“Ağadadaş Ağayevin ürəyini necə qazandınız” sualına isə ifaçının həyat yoldaşı belə cavab verib: “Allahın yazdığı qismətdir. Nəsibimiz olduğu üçün bir araya gəldik. Özəl həyatdan danışmaq istəmirəm. Ona görə də birlikdə çox görüntülənməmişik. Allah son nəfəsimizə qədər bir arada olmağımızı qismət etsin”.

Sənətçi Azərbaycan şou-biznesinin vəziyyətindən də danışıb: “Azərbaycanda şou-biznes yoxdur, yox dərəcəsindədir. Ona görə də, bu mövzunun üstündə dayanmağa dəyməz”.

Xatırladaq ki, A.Ağayev iki dəfə rəsmi nikahda olub.

80 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 May


















28 May