Model sevgilisinin şalvarını geyinir
Hollivud ulduzu 64 yaşında evlənir
 Pərvin Abıyeva kreditlə ev alıb
Lətifənin geyimlərinə nənəsi nəzarət edir

Facebook instagram Twitter Youtube
ULDUZ

İlahə qızı ilə niyə görüşmür?

18-03-2020


“Ailə quracağım şəxsi imkanlıdır deyə seçmədim. Əziyyətsiz heç nəyin bəhrəsi olmur. Mən çox kompromisə gedirdim. Görünür ki, oğlan evlənib boşanmaq arzusunda imiş. Yəqin fikirləşib ki, bir uşağım olsun boşanaram”.

Mtv.az xəbər verir ki, bu sözləri müğənni İlahə İbadova deyib.

O, keçmiş həyat yoldaşının evləndiyini və qızı ilə görüşmədiyini bildirib: “O qədər sətiraltı məqamlar var ki, istəmirəm danışam. Valideynləri də bilir ki, yolaverən olmuşam. Qızımı görmək fikrində deyillər. Elə bil ki, qızı yoxdur. Bunu efirdə 1-2 dəfə demişdim. Qayınanam 5 il sonra ad gününə gəlmişdi. Qızımın atası indi evlənib. Yoldaşı, iki oğlu var. Mən ona zəng edə bilmərəm, yoldaşı məni elə yuyub-sərər ki... Allah xoşbəxt etsin. Efir adamıyam, amma onun kimi dilli deyiləm. Fikirləşirəm ki, ona bir veriliş verək, aparıcılıq etsin”.

Xatırladaq ki, İ.İbadova Mirsaleh Əliyev adlı həmkarı ilə evli olub, boşanıb. Cütlüyün bu evlilikdən Ayan adlı bir qızı var.



81 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 May














29 May