Model idmançı ilə eşq yaşayır - foto
Serialda rol almasını istəmədilər
Könülün şəkli maraqla qarşılandı
Elton efirə çıxmamasının səbəbini açıqladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Roza Zərgərli ayağından şikayət edir

07-03-2020


Müğənni Roza Zərgərli əməliyyat olunacaq.

Mtv.az xəbər verir ki, sənətçi ayağındakı problemə görə bıçaq altına yatacaq.

Əməliyyata dörd peşəkar cərrah girəcək. Onlardan ikisi Türkiyədən dəvət olunub. Digər iki nəfər isə ölkəmizdəki peşəkar cərrahlardır.

Zərgərli bildirib ki, əməliyyat ayın 6-da keçiriləcək: "Uzun müddətdir ayağımda problem var. Bu ilk əməliyyat deyil. Kök hüceyrə transplantasiyası icra ediləcək.

Ümid edirəm ki, yaxşı keçəcək. Həkimlər buna ciddi hazırlaşıblar. Əslində, çoxdan əməliyyat olunmalı idim. Amma işlərimin çoxluğundan vaxtı uzadırdım".

Xatırladaq ki, sənətçi əvvəlcə bu ilin mayında İsraildə əməliyyat olunmalı və endoprotez qoyulmalı idi. Buna görə də müğənni iki dəfə plastik əməliyyat etdirib, çəkisini azaltdırıb.

"Sonra Cərrah Vüsal Mahmudovla tanış oldum, müayinədən keçdim. İsraildəki əməliyyatı ləğv etdik",- R.Zərgərli əlavə edib. 

74 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti