Uill Smith serial çəkməyə başladı
Balerina cazibədarlıq sirrini açdı
Model erotik şəkillərini paylaşdı
İbrahim Tatlısesin qızında COVID-19 tapıldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Elza Seyidcahan: ” Brend geyinən kimi özlərini yuxarıdan aparırlar”

14-11-2014


    Əməkdar artist Elza Seyidcahan həmkarlarının ünvanına sərt sözlər səsləndirib. Müğənni geyimin və pulun insanları çox dəyişdiyini deyib: “Geyim insanları tez dəyişir. Bəziləri pul görüb, brend geyinən kimi xasiyyətləri başqa cür olur. Gedib saçlarını saraldır, özlərini yuxarıdan aparırlar. Elə düşünürlər ki, dəyişsələr, yüksələcəklər, amma yox”.

   Əməkdar artist Aygün Bəylər solo konsertə hazırlaşır.  Xanəndənin “Darıxmışam” adlı konserti dekabrın 27-də Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti 15-100 manat arasındadır. Konsert saat 19:00-da başlayacaq.

   Müğənni Röya Ayxan İnstaqram səhifəsində ona şərh yazanlara sərt cavab verib. İfaçı özünü hamıdan ağıllı adlandırıb: “Bir sual verəcəm, inciməyin: Sizi evdə dinləyən adam, yoxsa ətrafınızda insan yoxdur? Şərhlər “bəyənmə”dən çoxdur. Elə bil problemləri bu səhifədə düzələcək. Ay mənim balalarım, hamıdan gözəl, şirin, ağıllı, səviyyəli də elə özüməm. Kimə xoş deyil, “dosvidaniya”. Bilirəm, məndən ötrü ölürsünüz... Di salamat qalın!”.

   Müğənni İradə İbrahimova qızı İpəkdən yazıb. Sənətçi övladına sevgisini belə dilə gətirib: “Gerçəyi xəyalından daha gözəl və xəyal qurub əldə etdikdən sonra dəyəri azalmayan, əksinə hər gün artan tək şey övladdır. Allah heç bir ananı övladı ilə sınağa çəkməsin. Bütün balalarımızı Allah qorusun”. Qeyd edək ki, türkiyəli iş adamı Ceyhun İzərlə ailə quran İ.İbrahimova İstanbulda yaşayır.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

622 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Aprel
































7 Aprel