Uill Smith serial çəkməyə başladı
Balerina cazibədarlıq sirrini açdı
Model erotik şəkillərini paylaşdı
İbrahim Tatlısesin qızında COVID-19 tapıldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Merilin Monronun 1 milyonluq əşyaları

14-11-2014


    Bu yaxınlarda Beverli –Hillzdə əfsanəvi  kinoulduz Merilin Monronun şəxsi əşyaları hərraca qoyulacaq. “Merilinin itmiş arxivi” adlı hərracda 1961-ci ildə aktrisanın ölümündən sonra evində tapılan şəxsi məktublar, donlar, alt geyimləri və Merilinin iştirak etdiyi vala yazılmış  kinolent satışa çıxarılacaq. Hərracın sahibi Darren Culiyen sadalanan əşyaların ümumi məbləğinin  1 milyon dəyərində olduğunu bildirib . Darren vurğulayıb ki, kolleksiyanın əsas hissəsi Merilinin Klark Geybl, Keri Qrant, Ceyn Rassel kimi məşhur  insanlarla yazışdığı məktublardır: “Bu məktubları oxuduqda yaşanan yaxınlıq, duyğular və ehtiras  hiss olunur, çox təsirlidir”. Vərəqlərin içində aktrisanın keçmiş əri Di Madjonun 1954-cü ildə yazdığı yazı var: “Merilin səni sevirəm, yanında olmaq arzusuyla yaşayıram, sənin etibarını yenidən qazanmaq üçün dünyaları verərəm”. Qeyd edək ki, əşyalar aktrisanın keçmiş müəlliməsinin evində saxlanılıb, hərracdan 4 gün öncə qalereyaya təhvil veriləcək. 

 

Faina Əsədullayeva

 

Muz-Tv.az

630 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Aprel
































7 Aprel