Uill Smith serial çəkməyə başladı
Balerina cazibədarlıq sirrini açdı
Model erotik şəkillərini paylaşdı
İbrahim Tatlısesin qızında COVID-19 tapıldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Zülfiyyə Xanbabayeva və Abbas Bağırov duet oxudular

13-11-2014


   Xalq artisti Zülfiyyə Xanbabayeva və əməkdar artist Abbas Bağırov duet oxuyub. “Xoşbəxt olun” adlanan bəstənin söz və musiqisi Murad Arifə aiddir.

   Əməkdar artist Mətanət İsgəndərli nəvəsi ilə fotolarını sosial şəbəkədə paylaşıb.Müğənni şəkillərə “Sevimli nəvəm – Tuncayım” sözlərini yazıb.Qeyd edək ki, Tuncay M.İsgəndərlinin oğul nəvəsidir. İfaçının oğlu Kərimin Ruhlan adlı daha bir övladı var. Əməkdar artistin qızı Ülkər isə nişanlıdır

   Rusiyalı müğənni Alsu Bakıda çəkdirdiyi klipini sevənlərinin ixtiyarına verib.İfaçının klipi Noellə birlikdə oxuduğu “Lyubov” (“Sevgi”) adlı mahnıya çəkilib. Lirik bəstənin ekran işi İncəsənət Muzeyində, Filarmoniya bağında lentə alınıb. Qeyd edək ki, bu, Alsunun Bakıda çəkdirdiyi dördüncü klipidir.

   Müğənni Natavan Həbibi plastik əməliyyat etdirməsi ilə bağlı söz-söhbətlərə son qoyub.Sənətçi haqqında yayılan şayiələrə İnstaqram səhifəsində cavab verib:“Son günlərdə şəkillərimin altında nədənsə qəribə şərhlər oxuyuram: "Dəyişilib, kökəlib, arıqlayıb, ən əsası isə dodaqlarına silikon vurdurub, burnunu əməliyyat etdirib yazırlar". Belə fikirlər nə ilə bağlıdır bilmirəm. Bunlara son qoymaq üçün deyirəm: bir dəyişiklik yoxdur və gözlənilmir. Heç vaxt buna ehtiyac duymamışam. Çəkim həminkidir, dodaqlarım silikon deyil. Ən əsası isə burnum... Ola bilsin ki, istirahətdə olduğum üçün makiyajdan az istifadə edirəm. Ona görə də həmişəkindən fərqli görünürəm”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

813 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Aprel
































7 Aprel