Uill Smith serial çəkməyə başladı
Balerina cazibədarlıq sirrini açdı
Model erotik şəkillərini paylaşdı
İbrahim Tatlısesin qızında COVID-19 tapıldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Namiq Qaraçuxurlu: “Həmişə tez qocalmağı arzulamışam”

12-11-2014


    Meyxanaçı Namiq Qaraçuxurlu saçlarının ağarmasından narahat olmur. “Ağ saç kişiyə yaraşır. Həmişə tez qocalmağı arzulamışam. 60-70 yaşlı ağsaqqallarım var ki, onlara kumir kimi baxıram. Elə müğənnilər var, yaşlanıb, amma boynuna almır. Lakin reallıqdır ki, daha da müdrikləşirik. Düzdür, bəzən adam pis olur. Mən 25 yaşımda səhnədə etdiklərimi indi edə bilmərəm. İnsan özünü bir az “yığışdırmalıdır”. Elə müğənnilər var ki, saçına boya vurur. Hərdən rəngləməyə vaxtları olmayanda onları ağ saçla görürük. Bu, daha çox yaraşır”.

   Müğənni Sevda Yahyayevayeniliklərindən söz açıb:“Yalan” adlı mahnıma klip çəkdirirəm. On gün içində təqdim ediləcək. Hakan Erolun Leyli İsrafilovanın sözlərinə bəstələdiyi və aranjiman etdiyi təzə mahnım var. Ona Gürcüstanda klip çəkdirəcəm. MC Muradla Emin Kəriminin də yeni bir bəstəsini oxumuşam, yaxın günlərdə təqdim edəcəm”.

   Müğənni Xatirə İslam və Rüfət Axundov Dubaya yollanıb. İfaçılar gəzinti zamanı çəkdirdikləri fotoları İnstaqramda paylaşıblar. Qeyd edək ki, X.İslam açıqlamasında R.Axundovla növbəti kliplərini Dubayda çəkdirəcəyini deyib.

   Müğənni Ayan Babakişiyeva paparatsiləri günahlandıranlara iradını bildirib. Ifaçı bu işdə media orqanlarının heç bir günahının olmadığını deyib:“Paparatsilərlə medianı günahlandırmaq lazım deyil. Bəzi müğənnilərimiz var ki, görəndə ki, onu çəkirlər, ağlına gələni edir. Həm də bizdə paparassilik o qədər də inkişaf etməyib. Bu, Türkiyədə, Rusiyada, Hollivudda daha geniş yayılıb. Bizim milli mentalitetimiz buna uyğun deyil”. A.Babakişiyeva jurnalistin  “Paparatsi çəkən kimi zəng vurub tapşırırlar ki, filankəsin adamıdır, şəkilləri silin” sözlərinə isə belə cavab verib: “Həmin filankəsin adamı ona tapşırsın ki, gedib orada ağlına gələni etmə”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

612 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Aprel
































7 Aprel