İbrahim Tatlısesin qızında COVID-19 tapıldı
Kanadalı rejissor koronavirusdan film çəkdi
Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir

Facebook instagram Twitter Youtube
ULDUZ

“Dəriniz və ətriniz gözəldirsə, həmişəlik onun yadında qalacaqsız”

12-11-2014


    Rusiyalı aparıcı Tina Kandelaki “Elle” jurnalına maraqlı müsahibə verib.  Xanım sənətçi gözəlliyinin sirlərindən danışıb: “Dərimə qulluq etməyi çox vacib sayıram. Gündəlik obrazımda makiyajdan istifadə etməməyə çalışıram. Dərimin nəmdəndirilməsi və təmizlənməsi çox vacibdir, yorğun olsam da, bu proseduru  etmədən yatmıram . Qadının gözəlliyi ilk olaraq dərisində və ətrindədir. Qarşı cins həmişə buna fikir verir, bir kişi gələcəkdə başqa bir qadını sevə bilər , lakin dəriniz və ətriniz gözəldirsə, həmişəlik onun yadında qalacaqsız. Xarici gözəllik elə də vacib deyil, mühüm olan daxildir. Heç bir qadın içində xoşbəxt deyilsə, daxilən mükəmməl olsa da, gözəllik təəssüratı bağışlaya bilməz. Mən güclü qadınlardan ilhamlanıram və özümü də güclü qadın kimi tərbiyə edirəm ”. 

   Tina ətir seçimindən də danışıb: Ətir yeganə şeydir ki, insanın yaddaşında həmişəlik qalır və buna görə parfüm seçiminə çox ciddi yanaşıram. Kişi ətirlərini istifadə etməyi sevirəm. Sevdiyim notlar darçın və limondur. Dadlı, təbii - yemək  kimi ətirləri bəyənirəm”. 

 

Faina Əsədullayeva

 

Muz-Tv.az

606 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Aprel




















7 Aprel