Sərdar Ortaç qadın həmkarını qəzəbləndirib
Müğənni COVID-19-a yoluxdu
"Hamımız günahkarıq" - müğənni
Müğənni koronavirus şübhəsi ilə test olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

Şəbnəm həmkarının sözlərindən inciməyib 

17-02-2020


Müğənni Şəbnəm Tovuzlu həmkarı Gülay Zeynallının onun geyimləri ilə bağlı dediyi irada münasibət bildirib.

Mtv.az xəbər verir ki, o, həmkarının sözlərindən inciməyib.

Müğənni evində lazımi qədər bahalı və zövqlü paltarlarının olduğunu vurğulayıb: "Ərincək biriyəm. Gülay bilir ki, evimdə otağımın biri qarderobdur. Orada ən gözəl geyimlər var. Amma tez-bazar geyinib evdən qaçan biriyəm. Hövsələm yoxdur oturum paltar seçim, nəyisə düzüb-qoşum. Bahalı, zövqlə aldığım paltarlarım çoxdur, geyinirəm də. Gülay deyir ki, sənin pulun məndən çoxdur, gəl sənə yaxşı geyimlər alaq. Gülay mənim üçün bacı kimidir. Mən də hərdən Gülaya irad bildirirəm".

Xatırladaq ki, Gülay televerilişin birində Şəbnəmin ünvanına "Şəbnəmi çox istəyirəm, münasibətimiz yaxşıdır. Biri var imkanı olmasın... Qurban olum, imkanın da var, dəyiş. Tələbatlı müğənnidir, gözəldir. Çox istəyərdim ki, Şəbnəm bir damcı geyimlərini dəyişsin. Ona yaraşar" sözlərini deyib.

38 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 Aprel




























3 Aprel