Uill Smith serial çəkməyə başladı
Balerina cazibədarlıq sirrini açdı
Model erotik şəkillərini paylaşdı
İbrahim Tatlısesin qızında COVID-19 tapıldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti Aygün Kazımovanın yeni fotoları yayılıb

11-11-2014


    Müğənni qarın nahiyəsinin fotosunu İnstaqram səhifəsində paylaşıb. Uzun müddətdir pəhriz saxlayıb, idman edən ifaçının artıq çəki itirməsi diqqətdən qaçmayıb. Bir müddət əvvəl “Hələ bu harasıdır. İmicim üzərində dəyişikliklər davam edir. Üzgüçülüklə, qaçışla məşğul oluram. Bədən ölçülərimlə hər kəsi təəccübləndirəcəm” deyə açıqlama verən A.Kazımova yeni görünüşündən razıdır.

     Əməkdar artist Abbas Bağırov Amerikaya gedib. Müğənni Ağ Ev qarşısında çəkdirdiyi fotoları İnstaqram səhifəsində paylaşıb.  O, eyni zamanda evlənmək istədiyini də bildirib: “Dünyanın ən xoşbəxt insanıyam. Çünki mənim sizin kimi sevənlərim var. Allahım bütün sevənləri qorusun. Ən böyük arzularımdan biri də öz sevdiyim insanla gələcək həyatımı xoşbəxt yaşamaqdır. Allah bu günü görməyi mənə nəsib etsin”.

     Müğənni Röya Ayxan imicini dəyişib. Sənətçi qısa saçlarını uzadıb. O, yeni fotolarını İnstaqram səhifəsində paylaşaraq “Saçım bitdi. Yeni saçlarımla görüşərik. Burun əməliyyatım isə Sərdar Erenə aiddir. Hamı onu təriflədi, mən də getdim. Sonu necə olacaq bilmirəm. Şiş çəkilsin biləcəyik” sözlərini yazıb. Qeyd edək ki, R.Ayxan burun əməliyyatı etdirib.

    Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova nişanlısından ayrılıb. İfaçı bu haqda İnstaqram səhifəsində yazıb. O, “İnancla yollarımızı ayırdıq. Hər şeyin xeyirlisi olsun”, - deyə bildirib. Qeyd edək ki, sənətçinin keçmiş nişanlısı İnanc Başəyməz iş adamıdır. O, Türkiyədə orta məktəbdə Günellə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyununda nişanlanıb. Onlar toyun oktyabrda baş tutacağını bildirmişdilər.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

610 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Aprel
































7 Aprel