Model erotik şəkillərini paylaşdı
İbrahim Tatlısesin qızında COVID-19 tapıldı
Kanadalı rejissor koronavirusdan film çəkdi
Aktyor kənddəki evinə köçdü

Facebook instagram Twitter Youtube
ULDUZ

Timati Dima Bilanı səhnədə narkotik qəbul etməkdə günahlandırır

10-11-2014


    Rusiyalı müğənni Dima Bilan konsert zamanı səhnədən yıxılıb. Ulduz bunun səbəbinin bel ağrısı olduğunu bildirib. Bu barədə rusiyalı repçi Timati şəxsi instaqram səhifəsində şərh yazaraq müğənnin prodüseri Yana Rutkovskiyə müraciət edib: “Yana, utanmırsan ki, sənin artistin xoşagəlməz vəziyyətdə səhnəyə çıxır? O, utanmadan narkotik vasitələrin təsiri altında gənclərlə ünsiyyət qurur, konsertlər verir”. Xanım Rudkovskaya da bu barədə  İnstaqram səhifəsində və jurnalların birində münasibət bildirib: “ Dima istənilən vaxt tibbi müayinədən keçməyə hazırdır.  Timatiyə  isə yaxın zamanda məhkəmədən ərizə göndəriləcək”. Adıgedən jurnal reperlə əlaqə saxlayıb və belə bir açıqlama alıb: “Mənim şəxsi səhifəm var, orada düşündüyümü yazıram. Fikirlərimlə ictimaiyyətin xoşuna gəlməyə çalışmıram, sadəcə fikirlərimi    qeyd edirəm. Mən bu videoya baxdıqda Dimanın xoşagəlməz vəziyyətdə olduğunu gördüm, sonra bir neçə video izlədim və hamısında eyni hal. Dima birinci kanalda juri kimi iştirak etdikdə də  narkotik vasitələrin təsiri altında olur. Bu cavan nəslə çox pis nümunədir. Dimanı istedadlı müğənni sayıram, lakin prodüseri onun bu halda efirə çıxmasına icazə verməməlidir, onu bundan daşındırmağa çalışmalıdır. Bilan mənim gözümün qarşısında bir neçə həkimdə müayinədən keçsə və onun qanında narkotik vasitə tapılmasa, mən hamının qarşısında ondan üzr istəməyə hazıram”. 

 

Faina Əsədullayeva

 

Muz-Tv.az

730 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Aprel






















7 Aprel