Cütlük yenə ayrıldı
Model toyunu təxirə saldı
Azad Şabanovun evi vaxtilə yanıb
Polina Qaqarina boşanır

Facebook instagram Twitter Youtube
ULDUZ

Nadir qalmaqallı açıqlamalar verdi

05-02-2020


Müğənni Nadir Qafarzadə yenə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Mtv.az xəbər verir ki, ifaçı özünü tərifləyən həmkarlarına Maykl Ceksonu misal göstərib: “Hamı məni sevə bilməz. Deməli artıq həyat, yaradıcılıq sona çatıb. Heç Maykl Cekson demirdi ki, məni dünya sevir. Onu da sevməyənlər var idi.

N.Qafarzadə sənəti, səsi olmayan həmkarları barədə də sərt danışıb: “Onlar sənətkar deyillər, sənətdən kar olanlardır”.

Müğənni yaşlı İnstaqram istifadəçilərinin paylaşımlarından da xeyli gileylənib: “İnstaqram"da paylaşımlar o qədər şit olub ki, “Tik-Tok”lar çəkirlər. Gəncləri bildik, yaşlılar özlərini meymun yerinə qoyublar. Əvvəllər ağbirçək, ağsaqqallardan gənclər nümunə götürürdü. İndi bəzi yaşlı insanlar özlərini qoyublar pis vəziyyətlərə. Adam utanır ki, onlara ağsaqqal desin.

Sosial şəbəkədə onu tənqid edənlər haqqında isə ifaçı bunları deyib: “Əvvəllər mənə tənqid və təhqir yazanlara cavab verirdim. Daha sonra düşündüm ki, cavablandıraraq onları sevindirməyim. Tənqidləri silmirəm, yüz dənə tərifləyən olanda qoy ikisi də pisləsin”.

82 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 May




















28 May