Hadisənin ailəsində qalmaqal səngimir
Tatlısəsin sevgilisi xəstəxanaya düşüdü - foto
Model yaraşıqlı kişi axtarır - foto
Ebrunu tanımaq çətin oldu - foto 

Facebook instagram Twitter Youtube
ULDUZ

Repçi “Mtv Azərbaycan”a Host”dan danşdı

30-01-2020


Repçi ProMete “Host” qrupunun qısa zaman ərzində sevilməsindən və daha sonra dağılma səbəblərindən danışıb.

Mtv.az xəbər verir ki, ifaçı “Mtv Azərbaycan”a müsahibəsində qrupun üzvləri ilə də görüşdüyünü bildirib.

O deyib: “Biz oxuduğumuz mövzuları özümüz də yaşayırdıq. Dinləyicilərimiz də eyni problemləri, hissləri bizimlə bərabər keçirirdi. Bu da yaşıdlarımızın ətrafımızda toplanmasına səbəb olurdu. Qrup yarananda məqsədimiz 50 trek yaratmaq idi. İstədiyimizdən daha çox mahnı yazıldı. Daha sonra hər kəsin öz yolunu cızmağı və fikir ayrılıqları yollarımızın ayrılmasına səbəb oldu. Amerikada olan və gəmi ilə dünyanı səyahət edən qrup üzvlərimiz var, amma mütəmadi olaraq bir neçəsi ilə görüşürəm”.

Hazırda repin yüksəliş dövrünü yaşadığını deyən ProMete həmkarları ilə rəqabət aparmadığını deyib: “Azərbaycanda rep bəlkə də 5-ci ya 6-cı yüksəlişini yaşayır. Bu dəqiqə Xosenin, “Dəyirman”ın, “Host”un belə çatmadığı rəqəmlərə çatıb. Səbəbi mən olmasam da, kiçik də olsa bunda qatqım var. Bu da məni sevindirir. Düşünürəm ki, mən repin elə bir forması ilə məşğulam ki, bu rəqabət tələb etməyən hissədir. Bu işi kimdənsə pisəm, yaxşıyam, və ya kiməsə çatmalıyam deyə etmirəm”.

42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Aprel


31 Mart