“Jara” festivalında ilk yaşanacaq
Modelin yeni imici çox bəyənildi - foto
Hadisəni Kaanın ailəsi bəyəndi
Sərdar Ortaç yeni sevgilisi ilə - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Almaz Mustafayevanın 70 illik yubileyi - foto

27-01-2020


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Mtv.az xəbər verir ki, teatrlaşdırılmış tədbirdə əvvəlcə aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınıb, ekranda onun sənət fəaliyyətini əks etdirən fotolar nümayiş olunub.

Sonra aktrisanın həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, o, 1970-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 1997-ci ildə “Qızıl Dərviş” mükafatı ilə təltif olunub. 2013-cü ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2014-cü ildə beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Rusiya Federasiyası Kalmıkiya Respublikasının Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb.

Diqqətə çatdırılıb ki, aktrisa “Sehrli xalat” filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib. Bundan başqa, “Yeddi oğul istərəm”, “Aktrisanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” filmlərində də o rol alıb. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub. Tədbir teatrlaşdırılmış səhnəciklərlə davam edib.

Xatırladaq ki, yubiley mərasiminin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir.













33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Fevral


21 Fevral