Natavan 4 uşaqla evdə qala bilmir
Modelyer Çeşmədə belə dincəlir - foto
Aktrisa çimərlik geyimində - foto
Səidə həmkarlarını təhqir edib

Facebook instagram Twitter Youtube
ULDUZ

 Aysel “Mtv Azərbaycan”a danışdı

27-01-2020


“Belə məsəl var: “hoo var insanı dağa qaldırır, hoo var dağdan endirir”. Tam fərqli düşüncə ilə yazıram, başqa mövqe ilə təqdim edilir. Bəzən bunların içində daha çox məni istəməyənlər olur. Mənim heç kimlə heç bir düşmənçiliyim yoxdur”.

Mtv.az xəbər verir ki, bu sözləri “Mtv Azərbaycan”a müsahibəsində müğənni Aysel Əlizadə deyib.

O, sosial şəbəkədə yayımladığı yazıların fərqli yerlərə yozulduğunu bildirib: “Nəsə deyirəm, sonra da onu birmənalı şəkildə qarşılamırlar. Əslində, mən orada özümü nə təmizə çıxarmağa, nə də ağıllı göstərməyə çalışıram. Sadəcə, olaraq mən çəkiliş zamanı oturub suallara hazırlaşmıram və ya sualları öncədən oxumuram. İnsanlar da qınamağa başlayır. Bu da artıq haqq məsələsidir. O insan stress, əsəb keçirəcək düşünmürlər. Mənim haqqım o insanların üzərində qalır”.

Müğənni həyatında az sayda dostlarının olduğunu da vurğulayıb:

“Bir dənə dostun varsa, böyük bir şeydir. Ürəyimdə keçirdiyim hisləri paylaşa biləcəyim anam və başqa bir xanım dostum var”.

109 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti