Aktyorun arvadı və oğlu döyüldü - foto
 “Manga”nın solisti Sevda Ələkbərzadə ilə  duet oxudu
Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

Həmidə Ömərova professor oldu

25-01-2020


Azərbaycanın Xalq artisti, görkəmli kinoaktrisası, Prezident təqaüdçüsü Həmidə Ömərova professor olub.

Mtv.az xəbər verir ki, uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edən, dosent Həmidə Ömərova ötən gün Professor elmi adını qazanıb.

Bu münasibətlə yaxın dostları, müəllim yoldaşları sosila şəbəkədə Həmidə Ömərovanı təbrik ediblər.

Xatırladaq ki, Həmidə Məmməd qızı Ömərova 1957-ci il aprelin 25-də Bakı şəhərində anadan olub. 1975-1979-cu illərdə Sergey Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. 1979-1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Azərbaycan kinosunda yaddaqalan, maraqlı qadın obrazlarını ifa edib. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə alıb. 1986-cı ildə Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olub.



182 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Oktyabr


















29 Oktyabr