Hadisənin ailəsində qalmaqal səngimir
Tatlısəsin sevgilisi xəstəxanaya düşüdü - foto
Model yaraşıqlı kişi axtarır - foto
Ebrunu tanımaq çətin oldu - foto 

Facebook instagram Twitter Youtube
ULDUZ

Rihanna keçmiş sevgilisi ilə görüşdü - foto

30-01-2020


Müğənni Rihanna sevgilisi, Səudiyyə Ərəbistanlığından olan milyarder Həsən Cəmildən ayrıldıqdan sonra uzun müddət tək qalmayıb.

Mtv.az xəbər verir ki, sənətçi keçmiş sevgilisi, reper Dreyklə yenidən bir araya gəlib. Ötən həftəsonunu birlikdə keçirən sevgililəri pərəstişkarlarından biri videoya çəkib. Onlar Nyu-Yorkda gecə klublarından birində əyləniblər.

Digər tərəfdən isə Cəmil artıq Rihannanı heç yerdə görmək istəmədiyini bildirib. O, Amerikanın bir çox saytı ilə əlaqə saxlayaraq, birlikdə olan fotolarının silinməsini istəyib.

Bu haqda məşhur portallardan birinin sahibi tvitter hesabında yazıb. O, "İndi mənə Həsən - Rihannanın keçmiş sevgilisi zəng vurub, 2017-ci ildə çəkilən fotolarını silməyimi istəyir. Düşünürəm ki, bu ayrılıq onun üçün ağır keçəcək" deyə, qeyd edib.

Xatırladaq ki, Rihanna 3 il ərəb biznesmenlə eşq yaşayıb. İfaçının hamilə olduğu belə iddia edilirdi. Cəmil dünyanın ən böyük şirkətlərindən biri olan "Toyota"nın varisidir. "Forbes"in ən çox qazananlar siyahısında adı olan Həsənin illik gəliri 1,5 milyard dollar dəyərində qiymətləndirilir. 





46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Aprel


31 Mart