Hadisənin ailəsində qalmaqal səngimir
Tatlısəsin sevgilisi xəstəxanaya düşüdü - foto
Model yaraşıqlı kişi axtarır - foto
Ebrunu tanımaq çətin oldu - foto 

Facebook instagram Twitter Youtube
ULDUZ

"Gözlərim ancaq gözəllik görür" - Xalq artisti 

30-01-2020


"Sosial şəbəkədə aktiv istifadəçiyəm, amma çox anlayışım yoxdur. Çünki səhifəmi başqası işlədir. Hərdən girib şərhləri oxuyuram, gözəl sözlər yazırlar. Şərhlərə fikir vermirəm. Gözlərim ancaq gözəllik görür. Kimsə təhqir yazırsa, bu onun daxili mədəniyyətidir".

Mtv.az xəbər verir ki, bunu Xalq artisti Məleykə Əsədova deyib.

Aktrisa sosial şəbəkələrdən, yayılan problemlərdən danışıb: "Çox şeylər paylaşmıram. İstəyirəm izləyicilərimə müsbət ab-hava verim. Amma bu günlərdə 10 yaşlı Nərminin öldürülməsi aktual idi. Bunu paylaşdım. Deyirəm ki, azyaşlılara, qadınlara təcavüz edənləri xalqın gözü önündə asmaq lazımdır. Onlara elə cəza verilməlidir ki, bir də elə addım atmasınlar".

 Hər dəfə müasir serialları tənqid edən Əsədova bu dəfə onları tərifləyib.

Aktrisa bildirib ki, hazırda çəkilən ekran işləri onun fikrini dəyişib: "Rejissorlara təşəkkür edirəm, təkliflər gəlir. Məleykə Əsədova deyiləndə ağla Əfsanə, Şirin, Züleyxa gəlir. Bu cür obrazlarla zirvəyə qalxmışamsa, onlardan geri qalmayacaq ssenari istəyirəm. İndi beş il əvvəllə müqayisədə seriallarımız yaxşılaşıb. Çünki artıq aktyorlarımızdan istifadə edirlər. Buna görə də mən də yaxşı ssenari olsa, seriala çəkiləcəm. Amma mənim üçün tək ssenari yox, yaradıcı kollektiv, montaj da önəmlidir".

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Aprel


31 Mart