“Jara” festivalında ilk yaşanacaq
Modelin yeni imici çox bəyənildi - foto
Hadisəni Kaanın ailəsi bəyəndi
Sərdar Ortaç yeni sevgilisi ilə - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Tünzalə küsülü olduğu Aygünə təşəkkür etdi 

23-01-2020


"İnsan minnətdar olmağı bacarmalıdır. Sənə qarşı jest olursa, buna müsbət baxmaq lazımdır. Əgər sən tərəfdən təbrik gələrsə, müsbət münasibət göstərmək mənim borcumdur".

Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva küsülü olduğu həmkarı Aygün Kazımovanın ünvanına deyib.

Müğənni fəxri ad alan zaman onu təbrik edən Aygün Kazımovanın jestinə müsbət cavab verib.

T.Ağayeva açıqlamasında A.Kazımovaya təşəkkür edib: "Üzümü çevirmək, təbriki qəbul etməmək yanlışdır. Mən ona ancaq minnətdaram. Biz sənətdə dostluq etməliyik. Buna ehtiyacımız var. Dava etmək hər zaman olur. Yaradıcı anlamda niyə hər zaman bərabər ola bilmirik? Bir-birimizin uğuruna sevinirik, amma bunu niyə səhnəyə gətirmirik? Sənət dostluğu təkcə evdə olmamalıdır. Duet, birlikdə konsertlər olmalıdır".

Xatırladaq ki, Tünzalə tədbirlərin birində Aygünə "salam" verməmiş, ifaçılar küsmüşdü. Tünzalə "Xalq artisti" fəxri adını alanda Kazımova onu sosial şəbəkədə təbrik etmişdi.

30 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Fevral


21 Fevral