Oksana repçi ərindən boşanır - foto
Hollivud ulduzu uzunqulaqla şahmat oynadı
Serialın evli aktyorları şəhərdən uzaqlaşdılar - foto
Aktrisa iş adamı sevgilisindən ayrıldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Səmranın fikirləri müzakirəyə səbəb oldu

26-01-2020


Müğənni Səmra Rəhimlinin “Bu il Azərbaycanı Rusiya şou-biznesindən kimsə təmsil etməlidir. “Eurovision”a ulduz lazımdır və hər kəs ulduz ola bilməz” fikirləri müzakirəyə səbəb olub.

Mtv.az xəbər verir ki, bu məsələ ilə bağlı bir neçə ifaçı münasibətini bildirib.

“Eurovision 2011” qalibi Eldar Qasımovun düşüncəsi belədir: “Bu müsabiqə bütün dünyadakı mədəniyyət təmsilçilərini bir yerə toplayır və həmrəy edir. Ümumiyyətlə, mahnını bir neçə fərqli ölkənin nümayəndəsi birləşib ərsəyə gətirsə, gözəl alınar. Səmranın fikirlərinə qarşı ola bilmərəm. Pis fikir deyil. Ancaq düşünürəm ki, Azərbaycanda istedadlılar bitəndə, başqa ölkəyə müraciət edə bilərik. Çünki kifayət qədər istedadlı ifaçılarımız var. Onları göndərməyimiz bizi daha çox sevindirər, nəinki başqa ölkənin təmsilçisini. Səmra Rusiyada yaşayan azərbaycanlıları da nəzərdə tuta bilər. Lakin fikir versəniz, biz yaxşı olan bir şeyi həmişə kənardan tapmağa çalışırıq. Amma özümüzü “qaşıyıb” içimizdən çıxarsaq, onlardan sözün yaxşı mənasında istifadə edib, ön planda ola bilərik. Məncə, öncəliklə özümüz vətənimizi təmsil edəcək istedadlar yetişdirməliyik”.

Murad Arif isə Səmranın ad çəkmədən səsləndirdiyi fikrin ünvanını göstərib: “Səmra xarici ulduz deyəndə Emin Ağalarovu nəzərdə tutur. Məncə də, yaxşı seçimdir. Kim gedirsə, ölkəmizə uğurlu olsun. Başqalarını bilmirəm, amma mən getməyə hazıram”.

Müğənni Elvin Abdullayev isə Səmra ilə qismən razıdır: “Bir sözü ilə razıyam: hər kəs ulduz ola bilməz. Fikrimcə, bu il Gülyaz və Gülyanaq bacıları "Rast" qrupu ilə “Eurovision”a qatılsa, möhtəşəm olar. Gözəl səsləri ilə Avropanı ayağa qaldırarlar”.
 

56 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Aprel
































31 Mart