Ancelina Coli həmkarı ilə eşq yaşayır
 Məşhur aktrisa koronavirusdan vəfat etdi
Lolita qızına miras qoymayacaq
Müğənni aktrisa sevgilisi ilə barışdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Müğənnilər həmkarlarını tənqid etdilər

18-01-2020


Müğənnilər Nadir Qafarzadə, Səidə Sultan və meyxanaçı Vüqar Əbdülov Pərviz Bülbülə ilə Türkan Vəlizadəni tənqid ediblər.

Mtv.az xəbər verir ki, duet ortaqları ilə bağlı sorğu hazırlanıb.

Sorğuda yer alan Nadir iradını belə bildirib: "Acıqlarına gəlməsin, o janra qulaq asmıram. Mənim üçün deyil. Orada musiqi yoxdur, nəyi dinləyim? Pərviz dostumdur, Türkan yanımda çalışıb, inciməsinlər. Sadəcə, pul üçün oxuyurlar".

Səidə isə Türkan və Pərvizin mahnısını belə tənqid edib: "Elə mahnılar mənə parodiya kimi gəlir. "Lağyana" musiqi kimi baxıram. Parazit oxuyanlara görə musiqi zay olub. Hamı partlatmaq istəyir. Elə "qurbağa-qurbağa" mahnılarla gərək partladasınız? Savadlı mahnı ilə partladın da".

Vüqar isə duet ortaqlarını parodiyaçı adlandırıb və "Parodiyadır. Bollivud, İrandan sızma mahnıların eynisidir" sözlərini söyləyib.

Açıqlamalara əsəbiləşən Pərviz "Nadir mənə necə qulaq assın? Mən özüm vaxt tapıram Nadirə qulaq asmağa? Səidə özü də meyxana oxuyurdu. Bunların hamısı bazarda oxuyanlardır da? Onlar özləri hansı yerdədir? İzləməyə qalsa, mən Xumar Qədimovaya qulaq asıram. Bir məclisə gedib çıxanda mikrofonu Nadirə, Səidəyə təqdim etmişəmsə, fərqimiz nədir? Hamımız bir bazarda deyilik?" cavabını verib.

68 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel








6 Aprel