"Şou-biznesdə rəqibilm yoxdur" - müğənni
Müğənni model ilə eşq yaşayır - foto
Müğənni-bəstəkar səhnədə öldü
Minskdə 3,6 milyona yaxın insan filmə baxıb

Facebook instagram Twitter Youtube
ULDUZ

Lətifə "Sınaq" mahnısını ekranlaşdırdı - video

10-01-2020


Müğənni Lətifə Soyuöz 3 illik fasilədən sonra "Sınaq" adlı mahnısını ekranlaşdırıb.

Mtv.az xəbər verir ki, klipin rejissorluğunu Anar Hüseynov edib. Yüngül əxlaqlı qadınlar, xəyanət klipin süjet xəttinin əsasını təşkil edir. 

Lətifə yeni işi ilə bağlı media nümayəndələri ilə görüşüb. Gecədə çıxış edən ifaçı ekran işi ilə bağlı məlumatları bölüşüb: "Üç ildir senari ətrafında düşünürük. Ən az 20-25 dəfə dəyişiklik edilib. Çəkilişlərimiz 5 gün davam etdi və yanvarın 1-də Anar klipi mənə nümayiş etdirdi. Yeni ilə "Sınaq"la başladım. Bir çox insanlar həyatımızda sınaqdan keçiblər. Bəziləri isə yox... Anar Hüseynov məni anlayır. Ona görə də, artıq neçənci klipdir ona həvalə edirəm".

 O, klipindəki açıq-saçıq səhnələrin yer almasına isə belə aydınlıq gətirib: "Bunların olması məni narahat etmir. Əslində klipdə hər şeyin açmasını vermək istədim ki, bu qadın niyə həmin məkana gedir və ərini öldürür. Klipdə olan janr və sözlər həmin səhnələri tələb edir. Biz Hollivuda baxırıq, maraqlı filmlər çəkirik. Bu klipi də sənətdən anlayan insanlar üçün çəkdik".

Ərindən xəyanətə görə ayrılan L.Soyuöz klipdəki həmin səhnənin şəxsi həyatından bir parça olması ilə bağlı verilən suala belə cavab verib: "Keçmişlə yaşayan insan deyiləm. O, mənim üçün keçmişdə qalıb. Çünki bu günümə hörmətim var və çox sevirəm. Ona görə də keçmişimi bu günümə daşımıram".





 

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar






















20 Yanvar