ULDUZ
Xatirə yenidən kökəlməyə başladı
14-01-2020

Müğənni Xatirə İslam yenidən kökəlməyə başlayıb.
Mtv.az xəbər verir ki, plastik əməliyyatla piylərini çəkdirib, bədən şəkilləndirmə əməliyyatı etdirən sənətçi pəhriz saxlaya bilməməkdən şikayətlənib.
Xatirə izləyicilərinə sual ünvanlayıb: "Sizcə, yeməyə olan sevgini hansı yolla azaltmaq olar? Bu, mümkündür?"
Xatırladaq ki, sənətçinin 8 saat davam edən əməliyyatında onun bədənindən 3 litr piy çəkilmişdi.
Müğənni açıqlamalarının birində əvvəllər bir oturuma yarı qoyun yediyini etiraf etmişdi.

248 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 Mart
4 Mart