Aktrisa maska taxmır və qaydaları pozur
Futbolçu model ilə nişanlandı
Əməkdar artist görünüşü ilə təəccübləndirdi - foto
Aktrisa yeni eşqə düşdü

Facebook instagram Twitter Youtube
ULDUZ

Halük Levent Bakıda xeyriyyə konserti verdi - foto

14-12-2019


Bakıda Türkiyənin məşhur rok ifaçısı Halük Leventin xeyriyyə konserti keçirilib.

Mtv.az xəbər verir ki, iki saatdan artıq çəkən konsertində müğənni ifaları, perfomansı ilə heyranlarına, xeyriyyəçilərə və Suraya dəstək məqsədilə gələn hər kəsə unudulmaz bir axşam bəxş edib.

Xəbər verdiyimiz kimi, bir müddət öncə məşhur rok ifaçısı Halük Levent şəxsi “Tvitter” hesabında bildirib ki, təsisçisi olduğu “Ahbap” xeyriyyə cəmiyyətinə limfoma xərçəngindən əziyyət çəkən 22 yaşlı azərbaycanlı Sura Nadirova müraciət edib. Qeyd etdiyimiz tvitdə ifaçı Azərbaycanın paytaxtı Bakıda Suraya dəstək məqsədilə xeyriyyə konserti keçirməyə hazır olduğunu vurğulayıb və qardaş ölkəni birliyə səsləyib.

Bakı türkiyəli ifaçının təşəbbüsünə səssiz qalmadı. “iTicket.az” və “Nargis” Fondunun təşkilatı, “A+A events”, “Hilton Baku Hotel”, “Elektra Events Hall” dəstəyi ilə “Elektar Events Hall”da Halük Leventin Sura üçün möhtəşəm konserti baş tutdu. H.Levent konsertdən bir qədər əvvəl təşkil olunmuş mətbuat konfransında media nümayəndələrinə bildirib ki, bu təşəbbüs həm bir həftə sonra ilik nəqli köçürülməsi əməliyyatına ehtiyacı olan Suraya dəstək, həm də iki qardaş milləti bir araya gətirmək, iki ölkənin digər sənətçilərini də bu cür irimiqyaslı xeyriyyə tədbirlərinə qoşulmağa səsləmək məqsədini daşıyır.

Bilet satışından əldə olunan gəlir 41400 AZN təşkil edib.











296 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29




















28