ULDUZ
"Həyat yoldaşım ilə nişanlanarkən onun 14 yaşı vardı" - Əməkdar artist
15-12-2019

Əməkdar artist Yusif Mustafayev həyat yoldaşı ilə nişanlanarkən onun 14 yaşının olub.
Mtv.az xəbər verir ki, bu barədə o televerilişin birində deyib: "Kəndə gedib dedim ki, ana, məni evləndir. Sözümüz bir yerə düşdü. Uşaq idim, həyat yoldaşımın da 14 yaşı var idi, balaca uşaq idi. Yoldaşım elə öz kəndimizdən qohumumdur. Baxdım dedim ki, Ay ana, nə deyirsən? Dedi "Bala, sən nə deyirsən? Filankəsi məsləhət görürəm. Dedim, ana, mənim ürəyimi oxudun. 14 yaşı olanda nişanlandıq, amma 18 yaşı tamam oldu sonra evləndik. Peşman deyiləm. Valideynlərimin məsləhəti ilə oldu. Oğlumuz da belə evləndi. Ondan gözəl heç nə yoxdur".
279 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar
19 Yanvar