Aktyor sevgilisi ilə "evdə qal"mır
Nəsrin arxiv fotolarını paylaşdı
Model koronovirusa görə Bodruma köçdü
Aktyor saqqal uzatmaq kampaniyasına başladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Kama İndoneziyada "Bali" klipi çəkdirdi - foto+video

09-12-2019


Rəqqasə Kama Safarəliyeva yeni klipi üçün İndoneziyaya gedib.

Mtv.az xəbər verir ki, sənətçi Bali adasında obyektiv qarşısına keçib.

O, klipinə də elə "Bali" adını verib. Kama beş fərqli obrazda adanın fərqli yerlərində rəqs nümayiş etdirib. Diqqətçəkən məqamlardan biri isə rəqqasənin okean sahilində çimərlik geyimində pozlar verməsi olub. Kama ekran işində adanın sakinlərinə də yer verib. Onun makiyajı üzərində isə vizajist Günel Axundova çalışıb.

K.Safarəliyeva klipi barədə danışarkən fərqli görüntülər üçün Bali adasını seçdiyini deyib: "İstədim ki, həm təbiət qoynu olsun, həm də fərqli bir klip alınsın. Bunun üçün də gözəl mənzərələrlə bol olan Balini seçdim. Məncə, pis də alınmadı. Klip çox rəngarəngdir".

Kama uşaqlıqdan rəqslə məşğul olduğunu, daim üzərində çalışdığını söyləyib: "Uzun müddətdir rəqqasəlik edirəm. Uşaqlıqdan buna həvəsim olub. İndi də üzərimdə çalışıram. Qarşıda isə daha maraqlı layihələrim var".

<iframe width="560" height="350" src="https://www.youtube.com/embed/DGQCemwvn6s" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>







129 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Mart


















27 Mart