Aktyor sevgilisi ilə "evdə qal"mır
Nəsrin arxiv fotolarını paylaşdı
Model koronovirusa görə Bodruma köçdü
Aktyor saqqal uzatmaq kampaniyasına başladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Əməkdar artist yenə ailə qurmaq istəyir

09-12-2019


Əməkdar artist Lalə Məmmədova yenidən ailə qurmaq istəyindən bəhs edib.

Mtv.az xəbər verir ki, müğənni "Yenidən sevib, ailə qurmaq istəyirsiniz" sualına belə cavab verib: "Əlbəttə, ailə qurmaq istəyirəm. Yəqin ki, o insan tamlığı ilə mənim gözümə görsənməyib. Görsənsə, əlbəttə ki, düşünürəm. Çünki qadın olmayan bir şey haqqında düşünmür. Bu dəqiqə mənim üçün önəmli olan mənim övladlarımdır, onların təhsilidir. Niyə də olmasın? Əgər məni olduğum kimi qəbul eləsə olar. Çünki bu yaşdan sonra biz dəyişə bilmərik".

L.Məmmədova "Kasıb biri ilə ailə qurarsınız" sualına belə cavab verib: "Bir misal var, deyirlər, insan əgər 30-a qədər qazana bilmirsə, ondan o tərəfəsi öz günahıdır. Əlbəttə, pul ilə hər şey ölçülmür, pulla hər şeyi də almaq olmur. Əgər doğrudan sevsə, gözünə görsənməyəcək, kasıbdır, diplomu var və ya yoxdur. Sənə qayğı göstərən, olduğun kimi sevən varsa, olar. Bu gün mən öz ayağımın üstündə dururamsa, qarşıma çıxan da mənim səviyyəmdə olmalıdır".

Xatırladaq ki, Məmmədova ailəli olub və ayrılıb. Onun iki övladı var.

119 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Mart
















27 Mart