Bu ildə dəbdə olan gəlinlik modelləri - foto
"İlin ən yaxşı serialı" müəyyən oldu
Nəsrin yeni fotoları ilə diqqət çəkdi - foto
Pərvin "İnstaqram"sız qala bilmədi

Facebook instagram Twitter Youtube
ULDUZ

"Geyimim açıq-saçıq yox, orta-açıq sayılır” - müğənni

08-12-2019


“Yeni dalğa” festivlaında olanda bizə, “açıq geyinin” deyəndə əsəbiləşirdik. Ancaq getdikcə, başa düşdüm ki, qadın olmaq mənim xoşuma gəlir və qadın olmağın üstünlüklərindən istifadə etməyə başladım. Geyindiklərim açıq-saçıq yox, orta-açıq sayılır”.

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova deyib.

D.Kazımova eks-həyat yoldaşı Mert Aslanla olan evliliyi barədə də danışıb: “Həyat yoldaşımla 4 dildə danışırdım- ingilis, Azərbaycan, türk və hərdən də rus. O, memar idi. İstanbulda doğulmuşdu və həmin şəhərdə yaşayırdı. Sadəcə Bakıda işləyirdi. Bir-birimizi başa düşüb ailə qurduq. Çox şadam ki, indi rahatam. 30 yaşımdan sonra ailə qurdum. Anladım ki, mənim adamım deyilmiş. 1 il yarım görüşdük.  “Eurovision”dan qabaq evlənmək istədik. Amma planı 6 ay sonraya saxladıq. Sonra sona getmədi. İnsanlar 20 illik ailəsini sonradan tanıyıb bilir ki, həyat yoldaşı onluq deyilmiş. Mən canımı tez qurtarmışam. Qismətə çox inanıram. Peşman deyiləm. Hər şey öz vaxtında olmalıdır. Ana olmalıyamsa, olacam. Hara qaçırıq? Rəsmi nikaha girmədən ana ola bilərəm. Bu, qadının şəxsi fikridir. Mənim üçün problem deyil. Dostlarımın arasında özlərinə düzgün adam tapmayıblar, amma ana olublar. Ona övlad lazımdır. Təbii ki, uşaq normal ailədə doğulmalıdır. Ancaq vəziyyətlər müxtəlifdir. Eləsi var ki, ata da, ana da var, lakin uşağa sevgi verə bilmirlər. Əgər ana uşağına sevgi verə biləcəksə, niyə də olmasın?”

59 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Yanvar






































26 Yanvar