Mustafa Sandal keçmiş xanımı ilə görüşdü
Aleyna dünya ulduzu olmaq istəyir
Hollivud ulduzu tətil üçün Bodruma getdi
Hollivud ulduzu altıncı dəfə ata oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Nigar Camal Əməkdar artisti tanımadı

04-12-2019


"Hamını "qara siyahı"ya atıram. Vecimə deyil, kim nə edir etsin. Kimsə Şaxta babalıq edirsə, özü bilər".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Nigar Camal deyib.

O, Şəbnəm Tovuzlu ilə bağlı sualları cavabsız qoyaraq, onu "qara siyahı"ya atdığını söyləyib.

Nigara Əməkdar artist Elnarə Abdullayeva ilə bağlı sual ünvanlananda isə, reaksiyası hər kəsi təəccübləndirib.

Sənətçi xanəndəni tanımadığını deyib: "O, kimdir? Adını bilmirəm, yəqin üzünü tanıyıram. Xətrinə dəyməsin, amma tanımıram. Xanəndələri tanımıram".

Nigar "Elnarə Abduallayeva deyir ki, gəlin qayınananın sözünü həzm edə bilmirsə, əşyalarını götürüb evinə getsin" sözlərinə belə cavab verib: "Nəsə problemi var? Özü gedib, yoxsa uşağı? Hər zaman deyirəm ki, qayınana sənin sevdiyin insanın anasıdır. Yaxşı, pis, arada pərdə olmalıdır. Sonradan problem çıxırsa, onu həll etməyə yol tapırsan. Əgər atası evinə qayıdacaqsa, niyə ərə gedir?".

238 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti