Çağatay Ulusoy arıqlamağa qərar verdi
Aktrisa pərəstişkarlarını həyəcanlandırdı - foto 
"Geyimim açıq-saçıq yox, orta-açıq sayılır” - müğənni
Gözəllik yarışmasının qalibi həbs edildi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Cem Yılmazın Bakı konserti başa çatdı - foto

19-11-2019


Türkiyəli şoumen Cem Yılmazın Bakıda planlaşdırdığı ikigünlük konserti başa çatıb.

Mtv.az xəbər verir ki, aktyor paytaxtımızda 4 gündən artıq qalıb. Cem konsertlə yanaşı media nümayəndələri ilə də görüşüb.

O, Azərbaycan məşhurlarından Xalq artistləri Aygün Kazımova, Miri Yusif, müğənni İradə İbrahimova və Raufu tanıdığını söyləyib.

Yılmazın Miri Yusiflə bağlı dediyi "Bakıda iki həftə qalsam, Miri Yusif kimi Xalq artisti olaram" sözləri birmənalı qarşılanmayııb. Hətta sosial şəbəkədə Cemi bu fikirlərinə görə tənqid edib, ona qarşı "qara piar"a başlayıblar. Bir çoxları aktyorun fikirlərini müğənniyə qarşı təhqir hesab edib.

Cem isə konsertdən sonra onu izləməyə gələn Miri Yusiflə görüşüb. Sənətçilər birlikdə foto çəkdirib, dost olduqlarını açıqlayıblar. Cem Miri Yusif və İradə İbrahimova ilə olan fotosunu İnstaqram səhifəsində paylaşıb və "Bakıda sevərək dinlədiyim qiymətli sənətkar dostlarım - Miri Yusif və İradə İbrahimova ilə tamaşadan sonra görüşdük. Çox gözəl bir görüş idi" sözlərini yazıb.

Miri Yusif isə şəklə "Düzdür, bu gün tanış olduq, amma zarafatımız dünəndən var. Super konsert, sənətkar" sözlərini qeyd edib.





33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
9 Dekabr


8 Dekabr