ULDUZ
"Atamı qocalar evinə qoymadım" - Şəbnəm Tapdıq
18-11-2019

Müğənni Şəbnəm Tapdıq teleproqramların birində qonaq olub.
Mtv.az xəbər verir ki, sənətçi dünyasını dəyişən atası, şair İlyas Tapdıqdan söz açıb.
O bildirib ki, ətrafındakılar ona atasını qocalar evinə qoymağı məsləhət görüb: "Anam 8 il əvvəl dünyasını dəyişdi. Atam ağladı ki, mənə kim baxacaq? Dedim, ölməmişəm, özüm. Ailəli olsam da, atama baxardım. Ayaqlarına kimi yuyurdum, iyrənmirdim. Mənə deyirdilər ki, atanı apar qoy qocalar evinə, baxıcı tut, onun ayağını yusunlar. Həmin insanlara ayıb olsun, qurban olum atamın ayağının suyuna. Necə belə vicdansız olmaq olar?"
38 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Dekabr
11 Dekabr