Model itlər üçün paltarlarını satır
Aktyor 35 kiloqram arıqladı
Məryəm Uzerli Hollivud aktyoru ilə filmə çəkilir
Aktyor 2 milyon dollar qazanacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

"Bundan sonra sevməyəcəm" - Fədayə Laçın ​

14-11-2019


"Oğlum mənimlə hələ danışmamışıq. Aramızdan pərdə götürülmədən, ana-bala kimi dərtləşəcəyik. Oğlumla birlikdə rayonlardan birinə gedib, dərtləşəcəyik. Əlhəm şairdir, hər şeyi anlayandır. Bilir ki, anası əxlaqsız qadın olmayıb. Gərək olmazdı, amma oldu. Əvvəl gündən oğlumdan üzr istədim. İlk telefon zəngində anamdan, sonra Əlhəmdən üzr istədim. Ağladım, amma Əlhəm dedi ki, ağlama. Onda ürəkləndim, söz verdim ki, ağlamayacam. Amma gecələr ağlayırdım. Həbs olunmazdan əvvəl də yastığım bilir mənim gözyaşlarımı. Mən üzdə ağlayan deyiləm".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın deyib. 

İfaçı oğlu Əlhəmdən bəhs edib, həbsxanadakı həyatından, azadlığa çıxmağından danışıb: "Azadlığa çıxacağımı gözləmirdim. Amma beş il cəza alacağımı da fikirləşmirdim. Çünki mənim cəzam 2 il olmalıydı. Məhkəmədə olanda küçədən azan səsi gəldi. Hakim 5 il cəza kəsdi. Heç ağlamadım, yolboyu maşında ancaq mahnılar oxudum. Amma əgər imkanım olsaydı həyatımdan 2017-ci il oktyabrın 28-ni - həbs olunduğum günü silərdim".

F.Laçın sevgi ilə bağlı sualları cavablandırıb.

O, "Bundan sonra sevməyəcəm. Bağladım ürəyimin qapısını, açarı da dəryalara atdım. Bir iş idi oldu, amma bitdi. Daha olmayacaq. Tək deyiləm, Əlhəm mənim hər şeyimdir" sözlərini əlavə edib.

39 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Dekabr


















































11 Dekabr