Müğənni çox xoşbəxt olduğunu dedi
 Ebru Hollivud ulduzlarına qonşu oldu
Azərbaycanlı modelinin paylaşımı diqqət çəkdi - foto
“Miss Moskva-2015” qalibi 28 kilo arıqladı

Facebook instagram Twitter Youtube
ULDUZ

Nisə Qasımova “MTV Azərbaycan”da qonaq oldu

13-11-2019


“Yollarım kəsilirdi, qadağalar qoyulurdu. Bilmirdim bunu kim edir. Moskvada haqqımda yazılar çıxmışdı. Məni “Lirik mahnıların kraliçası” adlandırmışdılar. Biz Ələkbər Tağıyevlə çalışdıq ki, bunları gündəmə gətirməyək. Çünki Sənət camiəmizdə bir kraliça var idi – Şövkət Ələkbərova”.

Mtv.az xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında Xalq artisti Nisə Qasımova deyib.

O, sənətə yeni gəldiyi dövrdə başqa bir ifaçıya olan heyranlığından və qarşılaşdığı münasibətdən söz açıb: “Bir müğənnini görmək, rastlaşmaq istəyirsən. “Ay allah, necə ətir vurmuşdu, saçları necə qəşəng idi, əlləri nə gözəldir” və sairə deyirsən. Bu cür ab-hava ilə yaşayan bir insana qapaz vururlarsa, qapazdan ayılmamış kürəyindən bıçaqlayırlarsa, onun qolunu, qabırğasını, qıçını sındırırlarsa, bu adam necə qalxsın? İçində fəryadlarlar, oxumaqlar... Yaxşı ki, Moskvaya getdim. Kimsə deyir acıq etdi, oxumağa getdi. Oradan qayıdandan bəri bütün mahnılarım etirafdır – “Məni satdın nəfsinə”, “Qayıtdım”, “Şəhanə sevgi”, “Korun fəryadı”. Bu mahnılar içimdəki fəryadım idi. Bu barədə nə mətbuatda, nə də telekanallarda danışa bilərdim. İndiki kimi deyildi”.

Sənətçi sevgi münasibətinin alınmaması barədə də danışıb:

“Alınmadı. Çəkdiyim əziyyətlər mənə yaxşı mahnılar qazandırdı, şəhanə sevginin nə olduğunu bildirdi. Hansı müğənni qadın istəməz ki, onun həyat yoldaşı, başının sahibi olsun? Bəxtim orada gətirdi ki, yaxşı ailənin övladı oldum. Bunlar şərtdir. Bacılarım, qardaşlarım məni danlayır, mühakimə edirdilər. Bugünədək beynimdə qalıb. Bununla barışdım. Ona görə ki, özüm də hiss etdim ki, məndən yaxşı ailə xanımı olmaz. Həssasam, daha çox hisslərimlə və qəlbimlə yaşayıram. Sırf ağlı ilə yaşayan insanlar planlı olurlar”.

N.Qasımova bildirib ki, bəzi sənətçilər ona biganə yanaşır: “Adımı çəkməyə qorxurlar. Desinlər ki, pis oxuyur. Adam axtarıram ki, onlarla polemikaya girim. Tanınmış şəxslərdən biri məni görəndə “Nisə xanım, sizdən yoxdur” deyirdi. İndi yanımdan elə ötmək istəyir ki, guya, bu böyük sənətkardır. Adama ağır gəlir”.



35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 Dekabr


































4 Dekabr