Aktyor 38 illik xanımı ilə yollarını ayırır
Məşhur reper eşq yaşayır
Sevda hamıya sevgi arzuladı
Kerimcan eks-rəfiqəsi ilə bağlı qalmaqal yaratdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Aşıq Əli əsəbiləşməsindən danışdı

07-11-2019


“Kimsə nəyəsə çalışır, amma olmur. Əlinin haqqında danışırsansa, deməli, Əli var. Adam var ki, ağıl qoyur, amma öz ağlı yoxdur. Özü də bu sənətdədir”.

Mtv.az xəbər verir ki, bu sözləri Aşıq Əli deyib.

O, son zamanlar əsəbiləşməsindən, qalmaqallardan danışıb: “Məni kimsə əsəbiləşdirməsin. Mənimlə heç kimin işi olmasın, mənim də kiminləsə işim yoxdur. İnsanlar var ki, onlar ruhi xəstədir. O insanlara Allahdan şəfa diləyirəm. Bu sənətdə dost yoxdur. Nevrozam, başınıza dönüm, əsəbiyəm, çılğınam. Tez reaksiya verirəm. Ola bilər ki, üç dəqiqə ərzində aləmi bir-birinə vuraram, sonra da deyərəm ki, oldu da, əsəbiləşdim. Fikirlərə baş qoşsam, o düşüncənin adamı olaram. Əqidəm, kişiliyim, mənliyim var. Bu mənliyi heç nəyə dəyişmərəm. Heç bir söhbətə əhəmiyyət vermirəm. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Aşıq Əlini tanımayanlara demək istəyirəm ki, 2000-ci ildən bəri Azərbaycanı ölkəmizdən kənarda təmsil edəndir”.

Xatırladaq ki, son zamanlar ifaçı ilə Əməkdar artist Elnarə Abdullayeva qalmaqal yaşayıb.

14 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
11 Noyabr










































10 Noyabr