Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Selena Qomez yeni kliplərini təqdim etdi - foto+video

25-10-2019


Selena Qomez uzun sürən depresiyanın ardından ötən gün “Lose you to love me” və “Look at her now” adlı kliplərini təqdim edib.

Mtv.az xəbər verir ki, bunlardan ən çox səs gətirəni isə “Lose you to love me” olub. Buna zəmin yaradan isə mahnının sözlərində müğənninin eks-sevgilisi Castin Biberə ismarıcların yer almasıdır.

Belə ki, Selena yeni mahnısı haqda bu sözləri deyir: “Özümüzü kəşf etməyə gedən yolun həyatımızda iz qoyan hadisələrdən keçməsi gerçəyini qəbul etdiyimə görə bu mahnını bütün dünya ilə paylaşmaq mənim üçün önəmli idi. İnsanlar ümidlərini itirməməli, güclənib, özlərini daha yaxşı birinə çevirməlidir”.

Selena Qomez və Castin Biber uzunmetrajlı münasibətlərinin qırmızı düyməsinə sonuncu dəfə 2018-ci ildə toxunmuşdu. Bundan sonra müğənninin öz yuvasına çəkildiyi dönəmdə Biber vaxt itirmədən Heyli Boldvinlə yeni dənizlərə yelkən açdı.

İndəyədək Biber və Boldvinin xoşbəxt ailə tablosunu görsək də, medalın o biri tərəfində Selena Qomezin depresiv ruhu var imiş. O, yeni mahnısında yaşadıqlarını belə dilə gətirir: “Hər şeyimi verdim və bunu hər kəs bilir. Məni kənara atdın və bütün gerçəklər indi ortaya çıxır. İki ay içərisində yerimə başqasını tapdın – sanki çox asan imiş... Məni həqiqətən də bunlara layiq olduğuma inandırdın”.

Ötən il Lupus xəstəliyi diaqnozu qoyulandan sonra depresiyaya girən ifaçı mahnıda həmin zamanlarda onu tək buraxmayan izləyicilərini də unutmayıb.

Bütün bunların fonunda Castin səssizliyini qorusa da, Heyli Selena mahnısını paylaşandan sonra İnstaqramında “I`ll kill you” adlı mahnını izləyiciləri ilə bölüşüb. Bu isə Selenatorlar (Selena Qomezin fanatları) tərəfindən yersiz reaksiya kimi qiymətləndirilib.





194 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul