Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Brilliant qalmaqal edən həmkarlarını qınadı

24-10-2019


"Müstəqilliyimizi sənəti aşağı olanlar hərcmərclik kimi qəbul etdilər. Bir-birinin üzünə bu gün tüpürüb, sabah qucaqlayanları görüb təəccüblənirəm".

Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova deyib.

Müğənni qalmaqal edən həmkarlarını qınayıb.

O bildirib ki, belə sənət adamlarını qəbul etmir: "Bir-birinə insanı keyfiyyətlərdən uzaq olan sözlər deyənlər, sabah qucaqlaşır, barışır. Barışmaq əziz insanlara - ata-ana, bacı-qardaşa aiddir. Sənətdə dost ya yaxşıdır, ya da deyil. Küsüb-barışmaq anladım ki, gündəmdə qalmaq üçündür. Bunlar tamaşaçının gözü qarşısında simasızlıqdır. Elə insanlar var ki, onlar olan yerə getmirəm. Layiq bilmirəm onlar olan atmosferdə yer alım. Sənəti olmayanlar səhnədə sponsor, "day-day", sevgili gücünə sənin yanında dayanırlar. Sonra da pis simalarını göstərirlər. Haq özü onları yerbəyer edir. Sənəti olana heç kim bata bilməz. Sənəti olmayan heç olmasa, dilini yaxşı etsin. Elə insanlar var ki, mənim olduğum məkana onların gəlməsinə icazə vermirəm. İnanıram ki, o dünyada da ayrı məkanlara düşərik. Kiminsə mərhum valideynini söyən, təhqir edən, şərə əl atan insanlar mən olan yerdə olmayacaqlar. Məni olmadığım kimi tamaşaçıya təqdim etmək üçün bəzilərinə pul verib, məni gözdən saldırıblar. Təəccüblənirdim ki, belə insanlar var?".

233 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul