Aktrisa müğənni sevgilisindən ayrıldı
"İlin qadınları" seçildilər - foto
"Həci" sözünü ucuzlaşdırmayın" - müğənni
Fatimə həmkarının sirrini açdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Nura Suri halva bişirərkən - video

17-10-2019


“18 yaşımda ailə qurmuşam, 19 yaşında ana olmuşam. Mətbəxə olan sevgim normaldır. Baxıram ki, hamı özünü mətbəxdə təsdiqləmək istəyir. Bu, çox gözəl haldır. Amma ona-buna da söz atırlar ki, guya kimsə bunlara baxıb həvəsə gəlir”.

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri İnstaqram “Story”də halva bişirərkən çəkdiyi videoda söyləyib.

O, mətbəxlə bağlı videolar paylaşmaq üçün heç kimdən bəhrələnmədiyini deyib: “2006-cı ildə rəhmətlik Gülşən Qurbanovadan sonra mətbəx verilişində aparıcı olmuşam. Saytların birində bloqum olub. Hansı ki, o zaman bloqerlər yox idi, bloq sözünün mənasını bilmirdi. Orada şirniyyat, yemək reseptləri paylaşırdım. İndi hamı “Youtube”da kanal açıb, gəlir əldə etmək istəyir. Mənim buna vaxtım yoxdur”.

Xatırladaq ki, mətbəxlə bağlı videolar çəkən məşhur Ruhi Əliyevadır. O, ötən ay çəkdiyi videolarının birində “Bilirsiniz də artıq hər kəs banka bağlayır. Dəbə çox şeylər gətirmişik: yemək bişirirlər. Kontenti böyütdük, Bodrumda bazara qədər gedirlər” ifadəsini səsləndirib.

29 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr






16 Noyabr