Müğənni evini satışa çıxardı
Model ona sevgi etirafı etdi
Nəsrin sevgilisinə stilistim və dostumdur dedi
​Dənizdə romantik anlar yaşadılar - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Bəstəkarlar Türkiyədə Xalq artistinə 37 min dollar “atıb” - video

11-10-2019


Türkiyənin TV8 kanalında “Gel konuşalım” proqramında Xalq artisti Brilliant Dadaşovabnın iddiaları yer alıb.

Mtv.az xəbər verir ki, verilişə müsahibə verən sənətçi dələduzluqla qarşılaşdığını, bəstəkarlar Fettah Can və Metin Özülkünün onu aldatdığını iddia edib:

“Metin Özülkünü proqramda görmüşdüm. Mənə dedi ki, sənə mahnılar verə bilərəm. 4-5 mahnı barədə danışdıq. Yeni mahnılar yazacaq və aranjiman edəcəkdi.

Fettah Can isə gəldi, mənə 4-5 mahnı göstərdi. Ödəmə oldu, sonra studiyasına getdim, mahnılarını oxudum. Sonra nə vaxt zəng etdim, “Mən köçürəm”, “Sevgilimdən ayrılmışam” deyə, bəhanələr gətirdi. Pul da getdi, mahnılar da. 19 min dollar Metin Özülkü də, 18 min dollar da Fettah Canda. Danışanda da özünü reklam edirsən deyirlər. Bunun üçüncü yolu nədir, desinlər”.

Proqramın aparıcıları Fettah Can və Metin Özülkünün güvənilən bəstəçilər olduğunu, Brilliant Dadaşovanın iddiasına inanmadıqlarını, onun özünü Türkiyədə reklam etdiyini söyləyib.

<iframe width="560" height="350" src="https://www.youtube.com/embed/ET61i82aUHE" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

231 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10
























9