Müğənni kosmetika brendi yaradır
"Ona hər şey halal olsun" - Serdar Ortaç
Müğənni yeni sevgili tapdı
Samir Cavadzadə hamıdan tez oyanır

Facebook instagram Twitter Youtube
ULDUZ

Aysel görünməməsinin səbəbini açıqladı

09-10-2019


Müğənni Aysel Əlizadə uzun müddətdir gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb.

Mtv.az xəbər verir ki, o deyib: "Yandırdın qəlbimi" mahnısından sonra hər şeyi dayandırdım. Hətta dedim ki, oxumaq istəmirəm. Gedirsən, bəzən elə mövzu açırlar ki, sənə uyğun deyil. Verilişlərdə ancaq qalmaqaldır: kim kimlə evləndi, boşandı, uşağı oldu. Primitiv mövzular təqdim edilir. Musiqi təhsili almışam, hörmətli müəllimlərim olub. Ancaq indi sənətdən anlayışı olmayanlar qəbul edilir. Kaş məktəblərdə musiqi dərsi keçirilərdi. İndiki yeniyetmələr fərqli musiqi anlayışı ilə böyüyürlər".

İfaçı hazırda "Youtube"da 99 milyon izləmə sayı toplayan Fatih Bulutun "Çok Sevdim Yalan Oldu" mahnısını tənqid edib: "Təkcə bizdə yox, Türkiyədə də problemlər var. Trendə düşən bir mahnı var, eşidəndə dəhşətə gəlirəm. Ona qulaq asa bilmərəm. Mahnı 11 günə 40 milyon olar? Hazırda dünyada "Youtube"un üçüncüsüdür. Necə olur bu?".

Meyxanalardan danışan Aysel Pərviz Bülbülə ilə Türkanın oxu tərzini anlamadığını söyləyib: "Mənə çox maraqlıdır, meyxana fərqlidir. Pərviz Bülbülə ilə Türkanın ifası başqadır. Ona nə ad vermək olar?".

57 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Noyabr


20 Noyabr