Xuraman Şuşalı fotovideo paylaşdı
Aktrisa 22 yaş böyük sevgilisi ilə evlənir
Əməkdar artist 22 il əvvəl - foto
Müğənni təcavüzə uğradı

Facebook instagram Twitter Youtube
ULDUZ

Mişel Uoker Bakıda konsert verəcək

23-09-2019


Sentyabrın 23-də tanınmış amerikalı caz ifaçısı Mişel Uoker Bakıda, Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Mtv.az xəbər verir ki, konsertdə ifaçı bir-birindən rəngarəng hit mahnılarını təqdim etməklə yanaşı, dünya caz nümunələrinə də müraciət edəcək.

Mişel Uoker xüsusi səs tembri ilə hər kəsi heyrətləndirən özünəməxsus və eyni zamanda yumşaq bir tərzi ilə cazibədar caz vokalçısıdır. İncə ifa tərzi ilə seçilən vokalçı klassik melodik hərəkətləri və müasir stilə malik yanaşmaları ilə diqqəti cəlb edir. Buna görə də onun ifaları həm tənqidçilər, həm də ictimaiyyət tərəfindən zövqlü musiqi kimi qəbul edilir. 

Xatırladaq ki, bu, amerikalı sənətkarın ölkədə ilk konserti olacaq. 2000-ci ildən fəaliyyətə başlayan ifaçının ilk debüt albomu "Slown down" ABŞ-da ilin ən yaxşı debüt albomu və ən yaxşı müstəqil vokal caz albomu nominasiyasına layiq görülmüşdü.

40 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Oktyabr




















19 Oktyabr