ULDUZ
Adelin yeni albomu üzərində çalışır
12-09-2019

Əri ilə yollarını ayıran məşhur müğənni Adelin son halı marağa səbəb olub.
Mtv.az xəbər verir ki, 31 yaşlı ifaçı xeyli arıqlayıb.
O, artıq yeni albomu üzərində çalışır.
"Adel çox xoşbəxtdir. Ötən il onun üçün çox ağır keçsə də, artıq yaxşılaşıb. Özünün də dediyi kimi, yaradıcılıq onun üçün hər şeydir", - müğənniyə yaxın mənbə bildirib.
İfaçı əri Sayman ilə 7 il birlikdə yaşadıqdan sonra evlənib. Cütlüyün bir oğlu var. Onlar 2 il evli qaldıqdan sonra yollarını ayırıblar.
"Adel ilə Sayman oğulları üçün dost qalmağa davam edirlər. O, artıq özünü ələ alıb və sağlam yaşamağa üstünlük verir. Adel bunu oğlu üçün edir",- mənbə əlavə edib.
352 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Mart
6 Mart