Manana əri və uşaqları ilə - foto
“Emmy” sahiblərinə verildi - foto
Müğənnilər Kərbəla ziyarətinə getdilər - foto
Kinofestivalda “İrlandiyalı” filmi göstəriləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artistinin qızı bahalı həyat tərzi sürür - foto

09-09-2019


Xalq artisti Stas Mixaylovun qızı Evanın bahalı həyat tərzi Rusiya mediasının gündəm yaradıb.

Mtv.az xəbər verir ki, Rusiyanın ən varlı müğənnisi olan Stasın 2018-ci ildə sahib olduğu var-dövlətin dəyəri "Forbes" tərəfindən 7,5 milyon dollar dəyərində hesablanıb.

İyirmi yaşlı Eva Londonda təhsil alır. Yay aylarında isə qız tətilini ailəsi ilə birlikdə keçirir. Bu yay isə Eva Monte-Karlo, Milan, Monako, Yunanıstan, San-Trope, İtaliya, Avstraliya, İsveçrə və Qoada dincəlib.

Qızın qarderobu isə müzakirələrə səbəb olub. O, "Hermes", "Fendi", "Chanel" kimi dünyanın ən bahalı brendlərindən geyimlər alır. Onun bir çantasının qiyməti isə ən az 6,2 milyon rubldır (təxminən 167 min manat). "Hermes" fanatı olan Eva markanın iki ən baha kolleksiyası olan "Birkin" və "Kelly"ni də qarderobuna daxil edib. Bu iki kolleksiyanı almaq o qədər də asan deyil. Belə ki, butikə daxil olub onu hər adam ala bilməz. Əgər siz "Hermes"in daimi müştərisi deyilsinizsə, çox pulunuz olsa da, onu ala bilməyəcəksiz. Bunun üçün əməkdaşlar sizin xarici görünüşünüzü də qiymətləndirməlidir. Daha sonra isə siz məhsulu sifariş verəcəksiniz, yarım ildən sonra fabrik məhsulu təqdim edəcək.

20 yaşlı qız eyni zamanda "Rolex" markalı saatın sahibidir. Onun taxdığı saatın dəyəri isə 2,2 milyon rubldan bahadır.

Qeyd edək ki, Eva Stasın doğma qızı deyil. O, müğənninin həyat yoldaşı İnnanın futbolçu Andrey Kançelskisdən dünyaya gələn övladıdır.









30 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23










































22