Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Şakiranın mahnısı plagiat çıxdı

23-08-2014


   Dünyaşöhrətli kolumbiyalı ifaçı Şakiranın məşhur "Loca" mahnısı plagiat çıxıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-York məhkəməsinin qərarına əsasən, o, müəllif hüquqlarını pozaraq bu mahnını dominikanlı müğənni Ramon Arias Vaskesdən oğurlayıb. Belə ki, Vaskes hələ 1990-cı illərin əvvəllərində həmin bəstəni ifa edib. Daha sonra isə El Kata ləqəbli digər sənətçi - Eduard Edvin Bello bu nəğmədən bəhrələnib. Bello Şakira ilə birlikdə "Loca"nın ispandilli versiyasını hazırlayaraq onu özününküləşdirib və heç vaxt müəllifini qeyd etməyib. Məhkəmə buna görə Ariasın mahnısının hüquqlarının məxsus olduğu "Mayimba Music" şirkətinə kompensassiya ödənilməsi barədə qərar çıxarıb. Qeyd edək ki, "Loca" 2010-cu ilin hit-paradları sırasında ilk yerlərdən birini tutub və bir neçə milyon nüsxə ilə satılıb.

   Dünya şöhrətli ifaçı Ledi Qaqa diqqət mərkəzində olmaq üçün əlindən gələni əsirgəmir. Fərqli formalarda ictmaiyyətin qarşısına çıxan Qaqa yenə də obrazı ilə təəccübləndirib. İfaçı kökəlsə də, buna əhəmiyyət vermədən açıq-saçıq geyim geyinib. Yüksək çəkmələr, dəri şortik, buruq saçlarla o yenə də diqqəti üzərinə cəlb etməyi bacarıb. 

   Türkiyəli müğənni Özcan Dənizin "03 Production"la birlikdə çəkəcəyi yeni "Kaderimin yazıldığı gün" serialı ətrafında növbəti qalmaqal yaranıb. Ssenarisi bir neçə dəfə yazılan ekran işində müğənninin həyat yoldaşını oynamaq üçün aktrisalar axtarılmağa başlanılıb. Daha əvvəl bu obrazı canlandırmağa razı olan Belçim Bilgin sonradan filmin növbəti serialarında geri planda qalacağını əsas gətirərək fikrindən daşınmışdı. Bu dəfə isə həmin rola çəkilmək üçün razılığa gəlinən Ceyda Düvənci ssenarini oxumadan oynamaq istəmədiyini deyərək layihəni tərk edib. Bundan əvvəl Haticə Şəndil də ekran işində Ö.Dənizin sevgilisi olmaq istəməmişdi. Qeyd edək ki, çəkiliş heyəti hazırda baş rola çəkilmək üçün aktrisa axtarışındadır. Serialın çəkilişlərinə sentyabrda başlanılacaq.

   ALS xəstəliyinə diqqət çəkmək üçün "Buzlu su" kampaniyasına qoşulanların sayı hər gün daha da artır. Dünya şöhrətli aktrisa-model Pamela Anderson aksiya ilə bağlı sərt reaksiya verib. Belə ki o, etik səbəblərdən bunu edə bilməyəcəyini deyərək sosial şəbəkədən onun adını heç bir kampaniyada çəkməməyi tapşırıb. Heyvanlar üzərində vəhşicəsinə yüzlərlə təcrübələrin aparıldığı bir vaxtda "İce Bucket Challange"da iştirak etməyəcəyini söyləyən ulduz üzərində "Heyvan testlərini dayandırın" yazılmış plakatla şəklini çəkərək "Facebook" səhifəsində yerləşdirib.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

967 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul