Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Emin Ağalarovun başına su tökdülər

20-08-2014


     Müğənni-bəstəkar Emin İnstaqram səhifəsində maraqlı videosunu paylaşıb. Axşam.az-ın məlumatına görə, ifaçı “Estafeti Sergey Lazarevdən alır, Stas Mixaylova, Ani Loraka və Svetlana Lobodaya verirəm” dediyi zaman arxasında gizlənən oğlanları Əli və Mikayıl bir vedrə suyu Eminin başına töküblər. 

     Müğənni Röya Ayxan bağında əncir yığarkən çəkdirdiyi fotonu İnstaqram səhifəsində paylaşıb. Sənətçi şəklə “Öz həyətimizdəndir. Siz fotoya baxın, mən isə yeyim. İsmayıl Nəcəfov – kaş sən də burada olardın, nəfəsim” şərhini yazıb.

     Müğənni Roza Zərgərlidən yeni xəbər var. İfaçı söz və musiqisi Hatəm Nəbioğluna məxsus “İnan” adlı mahnısını dinləyicilərin ixtiyarına verib. Roza bir neçə saat öncə sosial şəbəkəyə yüklənilən sözügedən bəstəni ekranlaşdıracaq. O, klip çəkilişlərinə yaxın günlərdə başlanılacağını bildirib.

     Müğənni Kərim Abbasov oğlunun fotolarını İnstaqram səhifəsində paylaşıb. Sənətçi övladı Seyidin çox ərköyün olduğunu bildirib: “Dəcəlliyinə dözmək lazımdır. Ürəyimin xətrinə dəyiblər... Mənim həyatım”. Qeyd edək ki, K.Abbasov Təranə adlı xanımla ailə qurub. Seyid sənətçinin ikinci evliliyindən olan övladıdır.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

766 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul